Qazaxıstanda latın əlifbasında ilk qəzet nəzr olundu

Kiril əlifbasından latın əlifbasına keçiş qərarı qəbul edilən Qazaxıstanda latın əlifbasında qəzet nəşr olundu.

840090
Qazaxıstanda latın əlifbasında ilk qəzet nəzr olundu

Kazinform informasiya agentliyinin məlumatına görə Kostanay əyalətindəki arkalık xəbər qəzetinin ilk səhifəsi Latın əlifbasında çap olunub.

Qəzetin Baş Redaktoru Kayrat Esmaqambetov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçən həftə Latın əlifbasına keçilməsini nəzərdə tutan fərman imzaladığını xatırladaraq: “Prezidenti həmin qərarından sonra Sınaq məqsədli olaraq qəzetin ilk səhifəsini latın əlifbasında nəşr etmə qərarına gəldik. Bununla oxuçularımızın yeni əlifba ilə əlaqəli tənqid və təqdirlərini öyrənmək istəyirik. Latin əlifbasına keçişin çox çətin olmayacağına inanıram”.

Qeyd edək ki, Qazaxıstanda 2018-ci ildən etibarən dərs kitablarının 32 hərfdən ibarət yeni Qazaq əlifbasında nəşr olunması nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr