Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransı keçirdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinin (TANAP) qısa müddətdə fəaliyyətə başlayacağını söylədi.

838004
Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransı keçirdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin ikinci günündə Zaqulba iqamətgahında Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransı keçidi.
 
 Türkiyə prezidenti çıxışında dünən fəaliyyətə başlayan Bakı-Tiflis-Qars dəmiryolu xəttindən sonra enerji xəttinin açılmasının iki ölkəni strateji baxımdan bir-birinə daha da yaxınlaşdıracağını bildirdi.
 
 Azərbaycan prezidenti İlham Əliyev də çıxışında Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığının region üçün mühüm amil və sabitliyin təminatçısı olduğunu söylədi.
 
 Dünya miqyasında güclənən Türkiyənin Azərbaycanın da gücünü artırdığını vurgulayan Əliyev:"Türkiyənin hər keçən gün inkişaf edən müdafiə sənayesinə böyük maraq göstəririk. Türkiyədən hərbi məhsullar alırıq, bundan sonra da almağa davam edəcəyik. Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard dollar, Türkiyədən Azərbaycana da 11 milyard dollar sərmayə qoyulub. Bu investisiyaların həcmi artacaq. Azərbaycanın Türkiyəyə olan investisiyaları 20 milyard dollara çatacaq" dedi.
 

Beynəlxalq sahədə də iki ölkənin hər zaman bir-birini dəstəklədiyini vurğulayan Azərbaycan prezidenti  bugünkü görüşlərdə Ərdoğanı Dağlıq Qarabağ probleminin həlli prosesilə bağlı məlumatlandırdığını bildirdi.

Əliyev sözünə belə davam etdi:"Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və 7 rayon işğal altındadır, bir milyon azərbaycanlı öz torpağında köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrə əsasən erməni silahlı qüvvələri dərhal və qeyd şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Lakin bu qətnamələr kağızda qalır. Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır. Bu, bizə qarşı tətbiq olunan ikili standart siyasətidir. Bəzən BMT TŞ-nin qətnamələri bir neçə günə icra edilir. Bizə gəldikdə, 20 ildən çoxdur qətnamələr icra olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç zaman imkan verməz ki, onun torpaqlarında ikinci erməni dövləti yaransın. Bu məsələdə dəstəyə görə türkiyəli həmkarıma minnətdarlığımı bildirmişəm. Türkiyə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycan haqq işini dəstəkləyir”. 

 
 



Әlaqәli Xәbәrlәr