Prezident R.T.Ərdoğan Azərbaycana səfərə gedir

Prezident Rəcəb Tayyib Ərdoğan, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin başladılması mərasiminə və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti yığıncağına qatılmaq üçün 30-31 oktyabrda Azərbaycanda səfərdə olacaq

835653
Prezident R.T.Ərdoğan Azərbaycana səfərə gedir

Prezidentin mətbuat xidmətindən yayılan məlumata görə, Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili, əsrin əhəmiyyətli layihələrindən hesab edilən Bakı-Tbilisi-Qars dəmir yolu üstündə 30 oktyabrda qatar səfərlərinin başladılması münasibətilə təşkil ediləcək mərasimə qatılacaq. 31 noyabrda isə Prezident Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin başçılığında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti yığıncağı keçiriləcək. Toplantıda ikitərəfli əməkdaşlığı da əhatə edən bəzi sənədlər imzalanacaq.

Dağlıq Qarabağ məsələsi başda olmaqla regional və beynəlxalq proseslər müzakirə ediləcək.

 



Әlaqәli Xәbәrlәr