"Heç bir ölkədə yeni əlifbaya keçidlə bağlı bu qədər müzakirə aparılmayıb", N.Nazarbayev

N.Nazarbayev Qazaxıstanın latın əlifbasına keçməsi keçidilə bağlı keçirdiyi toplantıda etdiyi çıxışında deyib...

823761
"Heç bir ölkədə yeni əlifbaya keçidlə bağlı bu qədər müzakirə aparılmayıb", N.Nazarbayev

  Qazaxıstan prezidenti Nursultan Nazarbayev kiril əlifbasından latına  keçidin rusdilli insanlara çətinlik yaratmayacağını deyib.

   N.Nazarbayev Qazaxıstanın latın əlifbasına keçməsi keçidilə bağlı keçirdiyi toplantıda etdiyi çıxışında deyib:

  “Latın əlifbasına keçid tarixi əhəmiyyət daşıyır. Dünyada heç bir ölkə yeni əlifbaya keçidlə bağlı xalqı ilə bu müzakirələr aparmamışdır. Hər kəsin fikri bizimçün əhəmiyyətlidir.

 Latın əlifbasına keçidlə bağlı bizə 300-dən çox təklif gəlib. Gənclərin bu prosesi dəstəkləməsi bizə cəsarət verir.

  Latın hərfli yeni Qazax əlifbası layihəsi aparıcı dövlət qurumları və dilçi alimlərin birgə iştirakı ilə fəal müzakirə edilib. Bu işdə dünya təcrübəsi də nəzərə alınır.

  Dil islahatı digər dillərin öyrənilməsi və inkişafına zərər verməməli, insan haqlarını pozmamalıdır. Bu baxımdan Qazaxıstan əlifbasının latın hərflərinə keçidi rus dilində danışan insanların hüquqlarına mane olmayacaq. Rus dili paralel şəkildə istifadə edilməyə davam edəcək.

  Qazaxıstan 2018-ci ildən etibarən məktəblərdə dərs kitablarının latın əlifbasında nəşr olunmasına başlayacaq.”



Әlaqәli Xәbәrlәr