TÜRKSOY-un baş katibi ali xidmət mükafatı ilə təltif olundu
Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinovu ali xidmət mükafatı ilə təltif etdi.

Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinovu ali xidmət mükafatı ilə təltif edib.
Mükafat D.Kaseinova Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən Ankarada təqdim olundu.
Çavuşoğlu TÜRKSOY-un baş katibinin türk dünyası qarşısındakı tarixi xidmətlərinin yüksək qiymətləndirildiyini deyərək D.Kaseinovun gələcək fəaliyyətində daha böyük nailiyyətlər qazanacağına əminliyini ifadə etdi.
Təqdim olunan mükafatı böyük sevgi ilə qəbul etdiyini vurğulayan Düsen Kaseinov bildirdi ki, bu mükafat Türk dünyasının mədəniyyətinin inkişafında xidmətləri olan bütün yaradıcı insanların əməyinə verilən qiymətin nümunəsidir.
Mənbə: AZƏRTAC
Әlaqәli Xәbәrlәr

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Azərbaycan Müdafiə Nazirliyindən həmin mövzuyla bağlı məlumat verib.