İranın Xorasan bölgəsində, Türk izləri

İranın şimal-şərqində yerləşən Xorasan bölgəsindəki bəzi yaşayış yerlərinin adları və tarixi abidələr, Türklərin uzun illər bölgədə sıx yaşadıqlarının əlaməti hesab edilir.

811533
İranın Xorasan bölgəsində, Türk izləri

Bu barədə Türkiyənin Məşhəd Baş konsulu Mehmet Doğan məlumat yayıb. Mehmet Doğan, AA agentliyinə verdiyi açıqlamada: “Bocnurd şəhərini də əhatə edən bölgədə əhalinin təxminən 40% Türk, 45% kürddür. Burada yaşayan kürdlərin çoxu Türk dilini də yaxşı bilirlər. Bölgədəki Təng-i Türkmən (Türkmən Boğazı), Yekəsu, doyduq, Göz, Yaman Dağı, Həsən bəy Dağı, Sarıgül Parkı, Sarı Dağ, Karabel Karvan Sarayı və Beş Qardaş kimi bir çox yer adı da Türklərin uzun illərdən bəri bu ərazilərdə sıx yaşadıqlarının bariz sübutudur.

Şimali Xorasan əyalətinin mərkəzi olan Bocnurdun keçmişdə ‘Bizim Yurd’ olan adı zamanla fərqli ağızların təsiriylə "Biz Yurd", "Bicenyurt", ən son olaraq da Bocnurd olaraq dəyişib. Bölgədə yaşayanlar demək olar ki, Türkiyəni çox istəyirlər. Ölkəmizlə bölgə xalqı arasındakı mövcud tarixi bağ və mədəni yaxınlıqlar, hər sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verə bilər”.

Anadolu Ərənləri olaraq bilinən və Anadolunun İslamlaşması uğrunda çalışan bir çox arif və alimin Xorasan bölgəsindən Anadoluya köç etdiyini ifadə edən Doğan: “Mənə görə bölgə, ulu babalarımız tərəfindən Anadoluya köçmək üçün toplanma mərkəzi olaraq istifadə edilib”.



Әlaqәli Xәbәrlәr