“Aİ-nin ideyası olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən Azərbaycan və Türkiyə olub"

Türkiyənin  enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanda səfərdədir.

807074
“Aİ-nin ideyası olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən Azərbaycan və Türkiyə olub"

Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

Türkiyənin  enerji və təbii sərvətlər naziri Berat Albayrak da mərasimdə iştirak edib.

“Avropa İttifaqının ideyası olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən məhz Azərbaycan və Türkiyə olub" deyə qeyd edən nazir bildirib ki, gələn il TANAP-ın fəaliyyətə başlaması tarixi hadisə olacaq: “2019-cu ildə TANAP TAP-la birləşəcək və Avropa üçün 4-cü strateki qaz mənbəyinə çevriləcək. Azərbaycan və Türkiyənin birliyi Avropa üçün önəmli nümunədir. Gələn il TANAP ilə 16 milyard kubmetr qaz ixrac olunmağa başlayacaq”.

Nazir deyib ki, "Türk Petrolları" (TP) şirkəti xaricdə ilk sərmayəni məhz Azərbaycana qoyub: “TP "Şahdəniz" layihəsində 19 faizlə layihənin ikinci ən böyük sərmayədarıdır. TP bu gün sazişə imza ataraq, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində iştirakını 2049-a qədər uzadacaq. Biz enerjinin sülh və sabitliyə xidmət etməsini arzulayırıq. Bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir. Türkiyə Azərbaycanın önəmli tərəfdaşı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm”.

Bu arada, Azərbaycan Respublikasının Prezidenti İlham Əlsıdc Türkiyəisi enerji və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

 Prezident İlham Əliyev Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bugünkü mərasimə ünvanladığı təbrik məktubundakı xoş sözlərinə görə minnətdarlığını bildirib. Bugünkü tədbirin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edən dövlət başçısı bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mövcud əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib. Berat Albayrak bu əməkdaşlığın yeni layihələr və qarşılıqlı sərmayələrlə daha da zənginləşdirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunulub, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik dilə  gətirilib.

Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

 



Әlaqәli Xәbәrlәr