Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur

Turistlərin ən çox səfər etdiyi bölgələr isə Quba, Qəbələ və Şamaxıdır.

776938
Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur

Bu gün Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur.

Trend.az-ın xəbərinə əsasən bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.

Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır.

N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb: “Məsələn, bu gün Qəbələdə, Qubada demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk”.

N.Bağırov qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır.



Әlaqәli Xәbәrlәr