Dövlət başçısı R.T Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verdi

Dövlət başçısı  Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

766155
Dövlət başçısı R.T Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verdi

Dövlət başçısı  Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Dövlət başçısı Ərdoğan cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyib.

Prezident İlham Əliyev telefon zənginə və başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı növbəti dəfə törədilmiş hərbi cinayətdir. Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.

Telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi ilə bağlı məsələyə də toxunulub, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib.

Prezident İlham Əliyev Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana göstərdiyi qardaşlıq mövqeyinə və başsağlığına görə bir daha Azərbaycan xalqı adından minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr