Qazaxıstanda “Paytaxt Günü”  qeyd edilir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın büdcəyə hər il əhəmiyyətli nisbətdə gəlirinin olduğunu bildirib.

765736
Qazaxıstanda “Paytaxt Günü”  qeyd edilir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın büdcəyə hər il əhəmiyyətli nisbətdə gəlirinin olduğunu bildirib.   

Prezident Nazarbayev “6 İyul Astana Günü” münasibətilə təşkil edilən mərasimdə deyib ki, paytaxt şəhərimiz hər gün daha da inkişaf edir.

İqtisadiyyat, siyasət və mədəniyyət sahəsində geniş miqyaslı islahatlar həyata keçirdiklərini dilə gətirən prezident Nazabayev, "Biz əsrin başında yeni, böyük bir şəhər inşa edən dünyadakı yeganə ölkəyik." deyib.

Nazarbayev Astananın büdcəyə ildə 3 trilyon təngə gəlirinin olduğu da sözlərinə əlavə edib.

Qeyd edək ki, Qazaxıstan 1997-ci ildə, şimaldakı Akmola şəhərinin adını Astana olaraq dəyişdirib buranı paytaxt elan etmişdi. Ölkənin paytaxtı daha əvvəl Almatı idi. 2006-cı ilədək 10 iyunda qeyd olunan “Paytaxt Günü” bu tarixdən etibarən, prezident Nazarbayevin ad günü olan 6 İyulda qeyd olunmağa başlandı.



Әlaqәli Xәbәrlәr