Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib

758541
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara  BMT-nin xətti ilə 50.000 ABŞ dolları məbləğində yardım göstərilib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT Baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.

BMT-nin Baş katibi tərəfindən daxil olmuş müraciətdə aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana, xüsusilə azyaşlı uşaqlara və qadınlara dəstək göstərilməsi və bu humanitar böhranın aradan qaldırılması üçün qeyd olunan dövlətlərlə əlaqələndirilmiş şəkildə vaxtında və ünvanlı humanitar fəaliyyətin zəruri olduğu bildirilib və yardımın edilməsi xahiş olunub.

Mənbə: APA



Әlaqәli Xәbәrlәr