Birləşmiş Millətlər Təşkilatı Türkmənistanda yeni ofis açır

Türkmənistan hökuməti və BMT davamlı inkişafla əlaqədar ortaq ofis açmağı planlaşdırırlar.

752331
Birləşmiş Millətlər Təşkilatı Türkmənistanda yeni ofis açır

 
 Orta Asiya ölkələrinə səfər edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdü.

Görüşdə Aral gölünün bu günkü vəziyyəti,  iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələləri müzakirə olundu.
 
Türkmənistan hökuməti və BMT davamlı inkişafla əlaqədar ortaq ofis açmağı planlaşdırırlar.
 
 Türkmənistan prezidenti  ofisin Türkmənistan və BMT-nin ətraf mühitin qorunması və iqlim dəyişikliyi sahəsində birgə fəaliyyət göstərməsi məqsədilə açılacağını bildirdi.
 
 40 il əvvəl başlayan aqrar siyasətlərin nəticəsində Amurdərya və Sırdərya çaylarının suları Aral hövzəsinə çatmadan tükənir. Suları 40 il əvvələ görə  10% səviyyəsinə düşən və səhra olmaq təhlükəsi ilə qarşılaşan Aralı xilas etmək üçün bir sıra qərar verilib, fond açılıb. 
 
 Berdiməhəmmədov  BMT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Aral gölü məsələsinə çox əhəmiyyət verildiyini bildirdi, Aral  Hövzəsi Proqramının üç mərhələsinin başa çatdığını və bu məsələ ilə bağlı  beynəlxalq səviyyədə aparılacaq fəaliyyətin vacibliyini  vurğuladı, 

 Türkmənistan prezidenti  hökumətin və BMT-nin bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində xüsusi bir proqram hazırlamaq cəhdlərindən danışdı, BMT İqtisadi və Sosial Şurasının BMT Baş Assambleyasının 72-ci sessiyasında bu məsələni qiymətləndirməsini təklif etdi.



Әlaqәli Xәbәrlәr