Qazaxıstanda “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumu keçirilib

Qazaxıstanın paytaxtı Astana II-ci Beynәlxalq ‘‘Böyük Çöl ’’ forumuna ev sahibliyi edib.

747492
Qazaxıstanda “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumu keçirilib

Astana Beynəlxalq Türk Akademiyasının tәşkilatçılığı ilә keçirilәn forumda  Qazaxıstan dövlət katibi Gulşara Abdıkalikova iştirak edib.

Bu barәdә Qazaxıstan Prezident Aparatının  mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Forumda hәmçinin  Birləşmiş Millətlər Təşkilatı, YUNESKO, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı,  Elm Fondu, Türk Şurası, TÜRKSOY, Türkpa kimi beynəlxalq təşkilatların sədrləri və nümayəndələri, dövlət və ictimai xadimlər, alimlәr  və diplomatlar iştirak ediblәr.

Forumda açılış nitqi ilә çıxış edәn  Abdıkalikova qonaqlara Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təbrik  mәktubunu oxuyub.

Foruma  Rusiya, ABŞ, Çin, Almaniya, Macarıstan, Monqolustan, Cənubi Koreya vә  Hindistandan  təxminən 300 alim və mütəxəssis dә qatılıb.

Forum çәrçivәsindә altı panet iclas  keçirilib. İclasa qatılan alim vә mütәxәssislәr Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ‘‘Gәlәcәyә baxış, ictimai şüurun modernlәşmәsi’’ proqramı ilә bağlı fikirlәrini  bildiriblәr.

Xüsusilə  "Mənəvi canlanma yolları", " Elmi harmoniya və birgə dəyərlər ", ''Gələcəyə baxış və tarixi hafizə", "Türk ədəbi ənənələri və müasirlik", "Türk dilləri’’ ,‘‘Dünya sivilizasiya kontekstində Türk mədəniyyəti vә  irsi", "Qazax dilinin latın əlifbasına keçidi’’ kimi mövzular  hərtərəfli müzakirə olunub.



Әlaqәli Xәbәrlәr