‘‘Qardaş limanlar’’ın 2-ci toplantısı Bakıda keçirilib
Toplantıya Türk Şurasına üzv dövlәtlәrin Bakıdakı sәfirlәri qatılıblar.

‘‘Qardaş limanlar’’ın 2-ci toplantısı Azәrbaycanın paytaxtı Bakıda keçirilib. Toplantıya Türk Şurasına üzv dövlәtlәrin Bakıdakı sәfirlәri qatılıblar.
Toplantıda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov və Türk Şurasının baş katibinin müavini Ömər Kocaman açılış nitqi ilә çıxış ediblәr.
İştirakçılar Çin-Avropa xəttində nəqliyyat sektorunda yaşanan son proseslərə toxunaraq Transxəzər nəqliyyat marşrutunda ticarətin asanlaşdırılması və gələcək layihələrin asanlıqla hәyata keçirilmәsi adına lazımi nəqliyyat infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayıblar.
Toplantıda liman rəsmiləri, Azərbaycan Gömrük İdarəsi, Tranzit Şura, CASPAR, Dəmir Yolları Qurumu kimi mühüm nəqliyyat qurumlarının nümayəndələri və özəl sektor tәmsilçilәri qardaş limanlar arasında əməkdaşlığı gücləndirmək və Transxəzər dəhlizi üzərindəki nəqliyyat əməliyyatlarını sadələşdirməyin yollarını müzakirə ediblər.
İclas çərçivəsində daha fəal əməkdaşlığın tәmin edilmәsi üçün limanlar ilə Türk Şurasının nümayәndәlәrindәn ibarәt texniki qrupun yaradılması ilә bağlı qәrar qәbul edilib.
İclasın sonunda nümayəndə heyətləri liman tutumunu və davam edən tikinti işlərini araşdırmaq üçün Alatda yerlәşәn Bakı beynəlxalq dəniz ticarət limanına da baş çәkiblәr.