Bu gün Birja İstanbulda qonqu Türk dünyasının uşaqları çaldı

Birja İstanbulun foyesində 22-ci Türk Dünyası Uşaq Şənliyi münasibətilə təşkil olunan gong mərasimi Türkdilli dövlətlərdən və cəmiyyətlərdən gələn uşaqlarla birlikdə həyata keçirildi.

739425
Bu gün Birja İstanbulda qonqu Türk dünyasının uşaqları çaldı

22-ci Türk Dünyası Uşaq Şənliyi münasibətilə  Birja İstanbulun foyesində təşkil olunan gong mərasimində Birja İstanbulun baş direktorunun müavini Şenol Duman və Türk Dünyası Araşdırmaları Fondunun prezidenti Közhan Yazqan da uşaqlarla birlikdə idilər.

Mərasimdə çıxış edən Şenol Duman: "Dildə, fikirdə, işdə birlik ideyasından çıxış edən Türk Dünyası Araşdırmaları Fondu əhəmiyyətli bir missiyanı yerinə yetirir. Fond ölkədaxili və xarici təhsil fəaliyyətləri başda olmaqla, həyata keçirdiyi işlərlə aparıcı rol oynayır. İnsanlarımız arasında birlik və bərabərliyi təmin etmək istəyiriksə, bunu onlara erkən yaşlarda öyrətməliyik. Birja İstanbul bu coğrafiyanı bir-birinə yaxınlaşdıracaq hər bir təşkilata dəstək verməyə davam edəcək Ümid edirəm ki, bu gözəl gənclər arasında  gələcəyin birjaçıları da olacaq" dedi.



Әlaqәli Xәbәrlәr