Azərbaycanın Türkiyədəki səfirliyində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyində 28 May - Respublika Gününə həsr olunmuş geniş tərkibli rəsmi qəbul təşkil edilib.

738763
Azərbaycanın Türkiyədəki səfirliyində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Tәdbirdә Türkiyәnin dövlәt başçısının baş mәslәhәtçisi Yalçın Topçu, nәqliyyat, dәnizçilik vә kommunikasiya naziri Әhmәd Arslan vә diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblәr.

Tәdbirdә Türkiyә vә Azәrbaycan arasında diplomatik münasibәtlәrin  yaradılmasının 25-ci ili dә qeyd olunub.

Mərasim zamanı nazir Әhmәd Arslan vә Azәrbaycanın Ankaradakı sәfiri Faiq Bağırov TÜRKSOY tәrәfindәn  ‘‘Mәdәniyyәt’’  medalı ilә tәltif edilib.

Tәdbirdә çıxış edәn nәqliyyat, dәnizçilik vә kommunikasiya naziri Әhmәd Arslan Türkiyә vә Azәrbaycan arasında  hәyata keçirilәn  layihәlәrin әhәmiyyәtindən danışaraq bildirib ki,  21-ci әsrin layihәsi olan 45 milyard dollarlıq Cәnub Qaz Dәhlizi  layihәsi xüsusilә Azәrbaycan vә Türkiyәnin sәylәri vә maliyyә mәnbәlәri ilә hәyata keçirilmәyә başlanıb. Nazir hər iki dövlət başçısı tәrәfindәn  müzakirә edilәn  vә icrasına başlanan bu layihәnin Türkiyә vә Azәrbaycan üçün  yeni imkanlar açaraq birgə əməkdaşlığa mühüm töhvәlәr verəcəyinə ümid etdiklərini deyib. O, cıxışı zamanı həmçinin enerji sahəsi ilә yanaşı, nəqliyyat sektorunda mövcud olan strateji layihələrin ən gözəl nümunələrindən biri olan Bakı – Tbilisi-Qars  dəmir yolu layihəsinə də toxunub. Bildirib ki, layihənin başa çatdırılması ilə nəqliyyat sektorunda böyük əhəmiyyətə malik olan bir dəhlizi yaratmış olacağıq.  



Әlaqәli Xәbәrlәr