Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini intensiv atəşə tutdu

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan atəşə tutdu.

734073
Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini intensiv atəşə tutdu

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutdu.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan qüvvələri tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.



Әlaqәli Xәbәrlәr