Qazaxıstanda “Türk dünyası və informasiya fəzası”

Forumun ilk günü iştirakçıların “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarəti ilə başlayıb.

731039
Qazaxıstanda “Türk dünyası və informasiya fəzası”

  Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu keçirilir. 

  Forumun ilk günü iştirakçıların “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarəti ilə başlayıb.

  Beynəlxalq Türk Akademiyasının Azərbaycan Respublikası üzrə nümayəndəsi Füzulu Məcidlinin TRT “Türkiyənin səsi” saytına verdiyi məlumata görə, Cənubi Qazaxıstan Vilayəti Hakimliyi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türküstan şəhərində işinə başlayan forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən çox sayda media nümayəndəsi iştirak edir.

  İki gün davam edəcək Forumun əsas məqsədi ümumtürk dünyasında ortaq informasiya fəzasının formalaşdırılması məsələlərini müzakirə etməkdir.

  Azərbaycandan digər iştirakçı, tanınmış qəzet və televiziya jurnalisti Aidə Eyvazova isə bildirib ki, forumun ilk günü iştirakçılar TÜRKSOY-un təşəbbüsü ilə Şəki şəhərindən sonra “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın maddi-mədəniyyət nümunələri və tarixi abidələri ilə tanış olublar. Çimkənt şəhərinin görməli yerləri, Xoca Əhməd Yəsəvinin doğulduğu Sayram qəsəbəsi, tarixi Otrar şəhərinin qalıntıları, Arslan Baba türbəsi ziyarət edilib. 

  Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali bilirib ki: “Bundan 150 il qabaq İsmayıl Qaspiralı “Tərcüman” qəzetini çıxararq türk dünyasında ortaq  informasiya məkanının formalaşdırılması istiqamətində tarixi bir addım atıb. O zaman qəzeti oxuyan hər kəs ortaq ideallarla böyüdü və türk dünyasında oxucular və ziyalıların birliyi yaranmağa başladı. Bizim də məqsədimiz türk dünyasına xidmət edən, bu məqsədin daşıyıcıları olan və onun təbliğatını aparan  jurnalistləri bir araya gətirərək  ortaq məqamları və bizi düşündürən məsələri müzakirə etməkdir.”

  Akademiya prezidentinin sözlərinə görə, bu fəaliyyət Türk Şurası dövlət başçılarının sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsüylə ortaq televiziya və vahid informasiya məkanı yaradılması tapşırıqlarının verilməsindən sonra vüsət alıb. Bununla bağlı artıq Türk Şurası da müəyyən tədbirlər planı həyata keçirir. Beynəlxalq Türk Akademiyası isə bu prosesin elmi və praktik tərəflərini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək təşəbbüsü ilə çıxış edib.

  “İşdə, əməldə və fikirdə birlik” ideyası altında keçirilən forum çərçivəsində Beynəlxalq Türk Akademiyasının media mükafatı da təqdim olunur.

  Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Turk Akademiyası TWESCO-nun tesis etdiyi “İsmayil Qasprali adina media mukafatı”nın ilk sahibləri Askar Kumıran, Ahmet Yeshiltepe, Gurşad Zorlu və Aidə Eyvazova olub.

 

 



Әlaqәli Xәbәrlәr