Azərbaycan Prezidenti İlham Əliyev, islam dünyasına çağırış edib

İlham Əliyev, Azərbaycanın paytaxtı Bakıda təşkil edilən sayca 4-cü  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edib.

726407
Azərbaycan Prezidenti İlham Əliyev, islam dünyasına çağırış edib

Mədəniyyətlər arası dialoqun günümüzün ən əhəmiyyətli mövzularından biri olduğuna diqqət çəkən Əliyev: “multikulturalizm olmasa dünya daha çox təhlükə ilə qarşılaşar. Dünyada narahat edici proseslər gözdən yayındırıla bilməz. Müxtəlif yerlərdə qarşıdurmalar, vətəndaş müharibələri yaşanır. Bunun səbəbi fərqli mədəniyyətlər arasında həmrəylik olmamasıdır. İslam dünyasında bir çox  hadisələr  cərəyan edir. Bir çox müsəlman ölkə terrordan zərər çəkir. Lakin İslamı, terrorla əlaqələndirənlər var. Bu qəbul edilməzdir” .

Dağlıq Qarabağ probleminə də toxunan prezident Əliyev, Ermənistanın işğalı nəticəsində 1 milyondan çox insanın torpaqlarını tərk etmək məcburiyyətində qaldığını xatırladıb. BMT Təhlükəsizlik Şurasının işğala son qoyulmasına dair qəbul etdiyi 4 qərarın olduğunu, ancaq ermənistanın bu qərarları heçə saydığını, BMT-nin buna daha çox biganə qalmamasının lazım gəldiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr