Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq

Xalça Muzeyində müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər keçiriləcək

724664
Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq

Mayın 4-5-də Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq.

Məlumata görə, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – “dəyirmi masa”, sərgi və ustad dərsləri keçiriləcək.

Tədbirlərdə ölkənin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak edəcəklər. “Dəyirmi masa”da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.

Tədbirlər çərçivəsində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunacaq.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr