“Müasir İpək Yolu” layihəsi ilə əlaqədar Bakıda görüş keçirilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qurumun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Müasir İpək Yolu” layihəsi ilə əlaqədar Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

722308

AZƏRTAC-ın xəbərinə əsasən, görüşdə G.Əfəndiyeva fondun məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin həyata keçirilməsindən danışıb, bu layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.

Türk Dünyası Jurnalistlər Federasiyasının direktoru Dəmir Menderes, Avrasiya Qəzet, Radio və Televiziya Yayımçılar Dərnəyinin direktoru İsmail Kahraman və digərləri öz növbələrində rəhbərlik etdikləri qurumların fəaliyyəti və layihələri haqqında məlumat verib, gələcəkdə fond ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.

Görüş zamanı əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı layihələrin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Әlaqәli Xәbәrlәr