Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gürel Azərbaycanda səfərdədir

Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gürel aprelin 26-da Fəxri xiyabanda olub.

720775
Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gürel Azərbaycanda səfərdədir

Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gürel aprelin 26-da Fəxri xiyabana gələrək, ordu generalı Yaşar Gürel aprelin 26-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Mərasim zamanı Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Ordu generalı Yaşar Gürel Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb.

Gürel üç gün davam edəcək səfəri çərçivəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Sərhəd Xidmətləri komandiri general Elçin Quliyev və digər rəsmilərlə görüşəcək.



Әlaqәli Xәbәrlәr