Hərbi Dəniz Qüvvələri komandanının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

712184

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr, hərbi təyinatlı digər avadanlıqla da tanış olub.

Mənbə: AZƏRTAC

Әlaqәli Xәbәrlәr