Azərbaycanda Qazaxıstanın Qızıl Orda vilayətinin mədəniyyət və incəsənət günləri keçiriləcək

Bu tədbirlər Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin bundan sonra da möhkəmləndirilməsi və mədəni əlaqələrin inkişaf etdirilməsi, habelə yaradıcı kollektivlər arasında təcrübə mübadiləsi məqsədi daşıyır.

708765
Azərbaycanda Qazaxıstanın Qızıl Orda vilayətinin mədəniyyət və incəsənət günləri keçiriləcək

Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin Azərbaycanda mədəniyyət və incəsənət günləri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və “TÜRKSOY” Beynəlxalq Təşkilatının dəstəyi ilə aprelin 12-15-də Bakı və Şəki şəhərlərində qardaş ölkələr olan Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş bir sıra mədəni tədbirlər keçiriləcək.

Bu tədbirlər Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin bundan sonra da möhkəmləndirilməsi və mədəni əlaqələrin inkişaf etdirilməsi, habelə yaradıcı kollektivlər arasında təcrübə mübadiləsi məqsədi daşıyır.

Mədəniyyət və incəsənət günlərinin proqramı Qızıl Orda Filarmoniyasının konsertindən və Qızıl Orda vilayətinin N.Bekejanov adına Qazax Musiqili Dram Teatrının quruluşunda Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşasından ibarətdir.

Tamaşanın premyerası bu il fevralın 8-də olub və böyük uğur qazanıb. Bu hadisə ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə olub.

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr