"V İslam Həmrəylik Oyunları İstanbulda olacaq", A.Ç.Kılıç

IV İslam Həmrəylik Oyunları Azərbaycanın paytaxtı Bakıda bu ilin 12-22 may tarixlərində təşkil ediləcək.

707058
"V İslam Həmrəylik Oyunları İstanbulda olacaq", A.Ç.Kılıç

  Türkiyənin Gənclik və İdman naziri Akif Çağatay Kılıç 2021-ci ildə V İslam Həmrəylik Oyunlarına İstanbulun ev sahibliyi edəcəyini söyləyib.

  IV İslam Həmrəylik Oyunları Azərbaycanın paytaxtı Bakıda bu ilin 12-22 may tarixlərində təşkil ediləcək.

  Bakıda olan Kılıç: "Azərbaycanda İslam Həmrəylik oyunları üçün hazırlıqlar ən yüksək səviyyədə reallaşır və bu, bizi də xoşbəxt edir", - deyib.

  Qeyd edək ki, Türkiyənin də iştirakçısı olduğu İslam Həmrəylik Oyunları İslam Konfransı Təşkilatına üzv olan ölkələrin qatılması ilə dörd ildə bir dəfə edilən böyük idman tədbiridir. İslam Həmrəylik Oyunları Federasiyasının (ISSF) məsul olduğu qurumdur. Üzv ölkələrdə müsəlman olmayan vətəndaşların da yarışlarda iştirakına icazə verilir.

  İslami Həmrəylik Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında, ən son isə 2013-cü ildə İndoneziyada keçirilib.



Әlaqәli Xәbәrlәr