Azərbaycanda əhalinin sayı ilə bağlı yeni proqnoz açıqlandı

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı barədə proqnozu açıqladı.

701866
Azərbaycanda əhalinin sayı ilə bağlı yeni proqnoz açıqlandı

Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda bildirib ki, 1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb: “Bu illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir”.

S.Müslümov məlumat verib ki, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək.

Mənbə: Trend İnformasiya Agentliyi



Әlaqәli Xәbәrlәr