Azərbaycanlı cazmen San-Fransiskoda konsert verəcək

Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli iyunun 11-də San-Fransisko Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

686317
Azərbaycanlı cazmen San-Fransiskoda konsert verəcək

Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli iyunun 11-də San-Fransisko Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat http://www.elloramanagement.com/ saytında yer alıb.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” adlı yeni albomu tezliklə təqdim ediləcək.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr