Sabahdan TRT 1-in Azərbaycanda yayımı bərpa olunacaq
Türkiyənin TRT 1 televiziya kanalı martın 1-dən Azərbaycanda rəqəmsal yayıma başlayacaq.

Türkiyənin TRT 1 televiziya kanalı martın 1-dən Azərbaycanda rəqəmsal yayıma başlayacaq.
TRT-nin Bakı nümayəndəliyinin məlumatına görə, TİKA, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında əldə olunmuş razılığa əsasən TRT 1 telekanalının yayımı bərpa edilib.
Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımına keçildikdən sonra TRT-nin yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT-1 Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.
Әlaqәli Xәbәrlәr

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 mart)
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb.