Azərbaycan - Ermənistan cəbhə xəttində ağır döyüş - itkilər var

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstəriblər.

679937
Azərbaycan - Ermənistan cəbhə xəttində ağır döyüş - itkilər var

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstəriblər.

 Azərbaycan birlikləri tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində Ermənistan birliklərinin hərəkəti əvvəlcədən aşkar edilərək, onun müdafiənin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən Ermənistan ordusu ilə Azərbaycan ordusu arasında daha ağır döyüş olub. Bu istiqamətdə pusquda duran Azərbaycan birlikləri hücumun qarşısını alıblar.

Döyüş nəticəsində Azərbaycan ordusu itkilər verib.

Hazırda irəliləməyə nail olmayan Ermənistan birlikləri Azərbaycan mövqelərini  ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq Ermənistan ordusunun atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.



Әlaqәli Xәbәrlәr