“Atılacaq addımı Kıbrıs Rum icmasının mövqeyi müəyyən edəcək”, M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı müzakirələr çərçivəsində bundan sonra atılacaq addımı Kıbrıs Rum icmasının mövqeyinin müəyyən edəcəyini söyləyib.

673375

BMT-nin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Bart Aydanı Prezident Sarayında qəbul edən Akıncı görüşdən sonra verdiyi bəyanatda deyib ki, Rum Məclisinin “Enosis referendumunun (Kıbrısın Yunanısana bağlanması) Rum məktəblərində qeyd olunması”na dair qəbul etdiyi qərar Kıbrıs Türk xalqını qəzəbləndirdi. Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadisdən mövzu haqqında addım atmasını və bu qərarın ləğv etməsini istədik. Rum liderin bəyanatlarında məsələyə adi bir məsələ kimi yanaşdığını hiss etdim.

Kıbrıs Rum tərəfinin müzakirələrə zərər verdiyini dilə gətirən Akıncı Anastasiadis ilə partiyasının müzakirə prosesindən daha çox seçkilərə üstünlük verdiklərinin ortaya çıxdığını vurğulayıb.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı onu da deyib ki, sabah və sabahdan sonrakı bir neçə günü yaxşı görüb, dəyərləndirməliyik. Bu mövzuda mövqe nə olacaq, bizim bu reaksiyamız kifayət səviyyədə başa düşüldümü? Çünki bəyanatlarımızın başa düşülmədiyini görürük.

Әlaqәli Xәbәrlәr