Bu dağlar UNESCO-nun Dünya İrsi Siyahısına salınıb

Özbəkistan ərazisindən keçən Qərbi Tyan-Şan transsərhəd dağları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

667907
Bu dağlar UNESCO-nun Dünya İrsi Siyahısına salınıb

UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Krista Pikkat bununla bağlı sertifikatı bu ölkənin Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri Baxtiyar Abdusalamova təqdim edib. K.Pikkal mərasimdə Novruz bayramının və özbək plovunun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olunması ilə əlaqədar sertifikatı da təqdim edib.

K.Pikkat deyib ki, təbii, mədəni və qeyri-maddi irsin UNESCO-nun siyahısına salınması Özbəkistanın nüfuzunu dünyada daha da artırır.

Xatırladırıq ki, 2016-cı il iyulun 17-də Tyan-Şan dağlarının Mərkəzi Asiya hissəsini əhatə edən Özbəkistan, Qazaxıstan və Qırğızıstan əraziləri UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.



Әlaqәli Xәbәrlәr