Qədim türk etnosu barədə yeni araşdırma

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılovun “Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı yeni kitabı çapdan çıxıb.

666971

Kitabda qədim türk etnosu olan “qurd”lar və onların mənşəyindən bəhs edilir. Əsərdə ”qurd” anlayışının türk xalqları arasında daşıdığı mənalar izahlı geniş şəkildə təhlil olunub. Kitabda unudulmaqda olan “qurd” dilinin leksik-semantik özəllikləri barədə məlumata da rast gəlmək mümkündür. Kitabın sonunda “qurd” dilinə məxsus sözlərin lüğəti əksini tapıb və qədim dildə olan sözlərin müasir Azərbaycan dilində qarşılığı verilib.

“Türk-qurd etnosu araşdırmalar, çözümlər” kitabı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə çapa məsləhət görülüb.

Әlaqәli Xәbәrlәr