Qardaşlar yenidən görüşün 25 yaşını qeyd etdilər

“Biz bunu bilirik ki, Azərbaycan Türkiyə ilə, Türkiyə də Azərbaycanla güclüdür", Erkan Ozoral.

659266
Qardaşlar yenidən görüşün 25 yaşını qeyd etdilər

  Türkiyə və Azərbaycan. İki dövlət, bir millət.

  Hər sahədə həmrəy olan Türkiyə və Azərbaycan diplomatik əlaqələrinin 25-ci ilini arxada qoydu. Bu münasibətlə Türkiyənin Azərbaycan səfirliyində tədbir oldu.  

  Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral çıxışında söylədi: “Biz bunu bilirik ki, Azərbaycan Türkiyə ilə, Türkiyə də Azərbaycanla güclüdür. Biz iki qardaş millət olaraq bu dəfə ki qovuşduq, artıq ayrılmağa əsla fürsət verməyəcəyik… İnşaallah, bir gün Dağlıq Qarabağ problemi də həll olar.”

  Xatırladaq ki, müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycan dövlətini ilk tanıyan ölkə Türkiyə olub. Bu ölkə ilə ilk diplomatik əlaqələri də 14 yanvar 1992-ci ildə imzalanan protokolla Türkiyə qurub.



Әlaqәli Xәbәrlәr