2017-ci il ''Türk dünyasının mədəniyyət paytaxtı'' bəlli oldu
Qazaxıstanın Türküstan şәhәri 2017-ci ilin Türk Dünyasının Mədəniyyət paytaxtı seçilib.

Qazaxıstanın Türküstan şәhәri 2017-ci ilin Türk Dünyasının Mədəniyyət paytaxtı seçilib.
Qәrar Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının yekununda elan edilib.
Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Moldovaya bağlı Qaqauz Yeri, Şimali Kıbrıs Türk Respublikasının mədəniyyət nazirləri və nümayəndələri iştirak edib.
Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası Türk Mədəniyyət İrsi Fondu kimi beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi iclasda Türkiyəni Mədəniyyət və Turizm Nazirliyi müşavirinin müavini Nihat Gül təmsil edib.
İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türküstan şəhərinin seçildiyi diqqətə çatdırılıb vә növbәti toplantı vә tәdbirin 2017-ci ilin sonlarında Türküstanda keçirilməsini təsdiq edib.
Bundan başqa Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə 2017-ci ilin TÜRKSOY üzvü olan ölkələrdə "Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd edilməsi qəbul edilib.