İlham Əliyev: “Dağlıq Qarabağda erməni dövləti yaradılmasına icazə vermərik”

Azərbaycan Prezidenti İlham Əliyev, Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılmasına icazə vermiyəcəklərini bildirib.

657480
İlham Əliyev: “Dağlıq Qarabağda erməni dövləti yaradılmasına icazə vermərik”

Azərbaycan Prezidenti İlham Əliyev, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Prezident İlham əliyev açılış mərasimində etdiyi çıxışında Azərbaycan ordusunun həm döyüş qabiliyyəti, həm də silahlanma baxımından dünyanın güclü orduları arasında olduğunu, 2016-ci ilin aprel ayında Azərbaycan ordusunun Ermənistan ordusu qarşısında böyük zəfər qazandığını, “Bu qarşıdurmalarda Ermənistanın uzun illərdir orduları ilə əlaqədar yaratdığı əfsanənin məhv olduğunu ifadə edərək: Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu gerçək dəyişmiyəcək. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların, işğala son qoyulmasını nəzərdə tutan qərarlarına riayət etmir. Anücaq bunu idrak etməlidir ki, Azərbaycan gücləndikcə problemin həlli də yaxınlaşır. Azərbaycanın ərazi bütövlüyünün təmini əsasdır. Ərazilərimiz üzərində ikinci bir erməni dövlətinin yaradılmasına icazə vermərik. Dağlıq Qarabağa müstəqillik isə xəyal məhsuludur” deyə prezident Əliyev vurğulayıb.



Әlaqәli Xәbәrlәr