Qırğızıstan Türkiyəyə dəstək verməyə hazır olduğunu bildirdi

Qırğızıstan İstanbulda yeni il gecəsi həyata keçirilən terror hücumu ilə əlaqəli Türkiyəyə dəstək verməkdən imtina etməyəcəklərini bildirib.

644731

Qırğızıstan Xarici İşlər Nazirliyi İstanbulda gecə klubuna edilən terror hücumu ilə əlaqəli açıqlama verərək, silahlı hücumu həyata keçirənin milliyəti ilə əlaqəli iddialar barədə “qırğız tərəfi, Türkiyə Cümhuriyyətinin təhlükəsizlik qüvvələrinə  terror hücumunun araşdırılmasında, diplomatik yolla əlaqəli istək olacağı təqdirdə maksimum dəstək verməyə hazırdır” ifadələrini dilə gətirib.

Qeyd edək ki, İstanbulda yeni il gecəsi törədilən terror hücumunda 39 nəfər həyatını itirmiş, 65 nəfər də yaralanmışdı.

Әlaqәli Xәbәrlәr