Türkiyə Qazaxıstanda sərmayə qoyuluşlarını artıracaq

Qazaxıstanda Kazinvest Milli İxracat və İnvestisiya Şirkəti İdarə heyətinin başçısı Borisbiy Jangurazov, ölkəsinə Türkiyədən olan yatırımların artacağını düşündüyünü söyləyib.

639466

Jangurazov Kazmedia mərkəzində təşkil edilən mətbuat konfransında etdiyi çıxışda, son beş ildə Qazaxıstana cəlb edilən birbaşa investisiya miqdarının 50 milyard dollar olduğunu ifadə edərək deyib ki, ölkəyə ildə orta hesabla 10 milyard dollarlıq sərmayə qoyulub.

Türkiyənin Qazaxıstanın əhəmiyyətli ticarət və iqtisadi tərəfdaşı olduğunu xatırladan Jangurazov bildirib ki, Qazaxıstanda böyük Türk firmaları fəaliyyət göstərir. İnvestisiyanı ölkəyə cəlb etmək üçün Türk hökuməti ilə güclü əməkdaşlıq edirik. Qanuni tənzimləmələr başda olmaq üzrə Türk sərmayəçilərə bütün dəstəyi təmin edirik və investisiyaların beləliklə daha da artacağını düşünürük.

Kənd təsərrüfatı, qida, kimya və mühəndislik sahələrində imkanlar olduğunu qeyd edən Jangurazov ölkəsinin kənd təsərrüfatı maşınları, elektrik təchizatı ilə yanaşı kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli potensiala sahib olduğunu da söyləyib.

Qeyd edək ki, Qazaxıstanda min 500-dən çox Türk şirkəti fəaliyyət göstərir.

Әlaqәli Xәbәrlәr