Şair İlyas Tapdıq vəfat edib

Maarifpərvər ziyalı İlyas Tapdıq vəfat edib

637777
Şair İlyas Tapdıq vəfat edib

Dekabrın 25-də tanınmış şair və tərcüməçi , maarifpərvər ziyalı İlyas Tapdıq vəfat edib.

1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayan İlyas Tapdıq,  Uşaqgəncnəşrdə redaktör, Azərnəşrdə redaktor, "Gənclik" nəşriyyatında baş redaktör, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru ,Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri ,Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və Kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri  vəzifələrində işləyib.


Etiketlәr: #Şair

Әlaqәli Xәbәrlәr