Azərbaycan ümummilli lider Heydər Əliyevi yad edır

Müasir Azərbaycanın qurucusu Heydər Əliyev üçün vəfatının 13-cü ilində ölkə miqyasında yadetmə mərasimləri keçirilir.

628694
Azərbaycan ümummilli lider Heydər Əliyevi yad edır

  80 illik həyatını Azərbaycana həsr edən Heydər Əliyev üçün Bakıda yadetmə mərasimi keçirildi.
 
 Xalqın ziyarətinə açılan fəxri xiyabanda uzun sıralar yarandı. Ziyarətə gələn insanlar  ümummilli liderin məzarına çiçək dəstələri qoydular,  dualar oxudular.
 
 Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da səfirlik əməkdaşları ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət etdi.
 
 Qazaxıstanda da "Heydər Əliyev, Azərbaycan xalqının lideri, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ili" adlı konfrans keçirildi.
 
 12 dekabr 2003-ci ildə vəfat edən Heydər Əliyev özündən sonra müstəqil, dünya ilə  hər sahədə inteqrasiya olmuş müasir bir Azərbaycan qoydu.
 



Әlaqәli Xәbәrlәr