Ankara Heydər Əliyevi bir daha yada saldı

Azərbaycan Respublikasının mərhum prezidenti, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsi dekabrın 10-unda Ankarada onun adını daşıyan parkda yad edildi.

627750
Ankara Heydər Əliyevi bir daha yada saldı

  Ankaranın Batıkent qəsəbəsindəki Heydər Əliyev parkında qeyd edilən xatirə tədbirində Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyə Xarici İşlər nazirinin müavini Ahmet Yıldız, Azərbaycan Diasporunun Türkiyə üzrə təmsilçisi, teatr rejissoru Əflatun Nemətzadə, AK Partiyanın İqdır üzrə millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Nurettin Aras, Yenimahalle Bələdiyyə sədri Fethi Yaşar, Azərbaycanın Türkiyədə təhsil alan gəncləri, Türkiyə və Azərbaycan ziyalıları iştirak edirdi.

  Azərbaycan səfiri F.Bağırov çıxışında Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında etdiyi xidmətlərə xüsusi diqqət çəkdi, bugünkü dostluq münasibətlərinin bünovrəsinə verdiyi qürurverici töhfələrdən danışdı, Türkiyə hökumətinin də hər zaman Heydər Əliyevi hörmətlə yada saldığını vurğuladı, bir sıra küçə və parklara Azərbaycan liderinin adının verilməsinin təqdir və sevinclə qarşılandığını vurğuladı.  

  Mərhum presidentlə yaddaqalan görüşlərini xatırladan Ə.Nemətzadə isə H.Əliyevin insanlıq keyfiyyətlərini yada saldı, onun Moskvada Baş katibin birinci müavini vəzifəsini icra edərkən azərbaycanlı və müsəlman olduğu üçün qarşılaşdığı problemləri sadaladı, ona qarşı təxribatlara toxundu və bu böyük siyasətçinin yalnız Azərbaycanda bir lider olaraq öz əsil yerini tapdığını söylədi.    

  AK Partiyanın İqdır üzrə millət vəkili Nurettin Aras Oğuz-Türk kimliyi dəyərləri üzərindən Türkiyə-Azərbaycan dostluğunun köklərinə toxundu, çağdaş dövrdə də hansı tribunadan olursa-olsun, Türkiyənin Azərbaycanın, Azərbaycanın daTürkiyənin yanında olduğu nümunəsindən fəxrlə bəhs etdi.

  Qeyd edək ki, bü günlərdə nəinki Ankarada, o cümlədən Türkiyənin başqa ayrı-ayrı şəhərlərində Heydər Əliyevin xatirə günü tədbirləri təşkil olunur və bu mərasimlərdə Azərbaycan və Türkiyə dövlət məmurları, onlarla, yüzlərlə insan mərhum lideri yada salır.

       



Әlaqәli Xәbәrlәr