Azərbaycan türkcəsində İran filmləri İstanbul festivalında

Festivalın “İpək yolu” bölümünün "FUKUS" adlı yeni başlığı altında İranda Azərbaycan türkcəsində çəkilən 13 qısametrajlı film nümayiş etdiriləcək.

622930
Azərbaycan türkcəsində İran filmləri İstanbul festivalında

  İstanbulda BAK - “Belgesel, Anımasyon, Kısa film” - Sənədli, Cizgi və Qısametrajlı Film festivalı başlayacaq.

  SETEM (Sinema Televizyon Meslek Birliği) Akademiyası tərəfindən təşkil edilən festivalın beynəlxalq bölümü “İpək yolu” adlanır.

  Azərbaycan türkcəsində İran filmlərinin İstanbul festivalında nümayişilə bağlı münsiflər heyətinin üzvü və rejissor Rza Siyami deyir: “İpək yolu” bölümünün "FUKUS" adlı yeni başlığı altında İranda Azərbaycan türkcəsində çəkilən 13 qısametrajlı film nümayiş etdiriləcək.

  Dekabr ayının 15, 16 və 17 tarixlərində 3 gün ərzində göstəriləcək filmlər İranın Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin rejissorları tərəfindən çəkilib.”

 

Münsiflər heyətinə təqdim olunacaq bu 13 film və rejissorları bunlardır:  

  1. “Murdar” (Bəhram və Bəhmən Ərk),
  2. “İkinci qat” (Rza Cəmali),
  3. “Gələcək” (Həmid Əzizi),
  4. “Mən İsmətəm” (Leyla Novruzi),
  5. “Oyan” (İsmayıl Münsüf),
  6. “Qarlı damlar” (Haydə Muradi),
  7. “Qaral” (Qadir Fərivər),
  8. “Körpü” (Rza Cəmali),
  9. “Gün yanığı” (Bəhram və Bəhmən Ərk)
  10. “Ətirşahların qışı” (Leyla Əhədi)
  11. “Tanı” (Davər Nəcəfi)
  12. “Son namaz” (Möhsün Xan Cahani),
  13. “Közmək” (Əlirza Səlmanpur).

    SETEM Akademiyası tərəfindən təşkil edilən festivalın beynəlxalq bölümü olan “İpək yolu”nun Münsiflər Heyətində Mehmet Gülerüz, Hisameddin Onlioğlu, Rıza Oylum, Riza Siyami, Zeynəb Türk, Könül Nağıyeva, Selpin Altın Orkan, Monir Karataş, Əhməd Çadırçı təmsil olunacaq.   



Әlaqәli Xәbәrlәr