İranda İslam rəhbərliyinin aradan qalxması və ...
“İran bu problemləri dilə gətirməyə qorxmamalıdır... İranda İslami rəhbərliyin aradan qalxması azad, demokratik bir cəmiyyətin ortaya çıxmasıyla mümkün olacaq”, H.Etimadi
![İranda İslam rəhbərliyinin aradan qalxması və ...](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/94b2/d1c0/d7dd/583d8af6a2a08.jpg?time=1737020918)
"İranda milliyyət, siyasi plüralizm və vətəndaşlığın gələcəyi” mövzusunda beynəlxalq konfrans təşkil edildi. Təbriz Araşdırmaları İnstitutu (TAE) tərəfindən İsveçin paytaxtı Stokholmda təşkil edilən tədbirdə İran cəmiyyətindən çox sayda etnik və məzhəb qrup olub.
İki gün davam edən konfransın ilk iclasında "İranda plüralizm”, "Sekulyar demokratiya və İranda olan etnik qruplarla əlaqədar problemlər", "Müasir Azərbaycan tarixində kütləvi hərəkatların əsasları və onun Azərbaycan milli hərəkatının yeni mərhələsində təzahürü”, “Qaşqay türkləri və türkmənlərin İrandakı problemləri” mövzuları müzakirə edilib.
İrandakı xalqlar və azlıqların problemləri
son yüz ildə ən böyük problem olub
Təbriz Araşdırmaları İnstitutunun rəhbəri Rza Heyət əvvəlcə İranda meydana gələn qatar qəzasında həyatını itirənlərin ailələrinə başsağlığı verdi, sonra Təbriz Araşdırmaları İnstitutunun təxminən 8 ay əvvəl Ankarada qurulduğunu xatırladaraq dedi:
"Bu institutun yaradılmasının məqsədi İran və Azərbaycandakı türk xalqının və həmçinin qonşu xalqların problemləri haqqında elmi araşdırmalar aparmaq və bunları əlaqədar qurumlara çatdırmaqdır.
İrandakı xalqlar və azlıqların problemləri son yüz ildə ən böyük problem olub. Qonşu ölkələrdə baş verən hadisələrlə müqayisə etdiyimiz zaman bunların bir çoxunun səbəbinin keçmişdəki etnik və məzhəbi ayrı-seçkiliyin olduğunu görürük. Bunlardan qaynaqlanan zəifliklər xarici qüvvələrin də bu coğrafiyaya müdaxiləsinə səbəb olub. Təşkil etdiyimiz konfransın əsas məqsədi bu problemlərin həll yollarını birgə axtarıb-tapmaqdır. Bizdən əvvəl də bir çox tədbirlər təşkil edilib, biz də öz növbəmizdə bu körpülərdən biriyik, təbii ki.”
“İranda insan hüquqlarını müdafiə edənlər”
"hərəkatlara dəstək vermək"də təqsirləndirilir
İran Sekulyar Demokrat Partiyası İdarə heyətinin üzvü Həsən Etimadi isə çıxışında bu sözləri dedi:
“İranda insan hüquqlarını müdafiə edənlər” hərəkatlara dəstək vermək"də təqsirləndirilir. Bu gün konfransın iştirakçılarının da İranda bu cür ittihamlara məruz qalacağını bilirik. Amma çəkinəcək bir şey yoxdur. İran müxtəlif millətlər, mədəniyyətlər, dinlər və dillərə ev sahibliyi edən bir ölkədir. Amma, təəssüf ki, bu müxtəlifliyi bir neçə millət şəklində ifadə etmirik. Qısası, siyasi dillə desək, İran tək millətli quruluşa malik kimidir. Halbuki fərqli millətlər yerli rəhbərliklərinə sahib olmalıdır. Yerli rəhbərliklər öz xalqları tərəfindən təyin olunmalı və yerli xidmətlərə məsul olmalıdır. Başqa sözlə, ölkənin müxtəlif bölgələrində qurulacaq yerli rəhbərliklər sayəsində İranda “adem-i merkeziyet” tətbiq olunmalıdır. Amma bunu ölkənin millətlər bağlılığını sarsıdaraq etmək və ya bunu “muxtariyyət” adlandırmaq doğru olmaz."
Etimadi siyasi rəhbərliyə dair sözlərini belə davam etdirib: "Ölkənin müxtəlif bölgələri haqqında danışdığımız bu problemlər üçün “Necə həll edə biləcəyik?” sualı və cavabı verən, ölkənin millətlər, mədəniyyətlər və ya dillər üzərində inzibati rəhbərliyini dizayn edə biləcək hakimiyyətinin olduğuna inanmırıq. Bu gün bu fikirlərin tətbiqi üçün geridə qalıblar. İran bu paylaşmanı etmək üçün həm siyasi, həm elmi, həm ictimai və həm də iqtisadi xüsusiyyətləri nəzərə alan rəhbərlik forması hazırlamalıdır.
Bunu da qeyd etməliyik. Dünyada qloballama siyasəti gedir. Bundan qaçmaq mümkün deyil. Qloballaşma müxtəlif ölkələrin iqtisadi, ictimai və mədəni tellərini bir-birinə calaq edir. Buna görə qloballaşmanın mədəniyyətlərin saflığına təktərəfli zərəri vardır. Çünki milli və mədəni şəxsiyyətlər təhlükə altına düşür. Ölkədəki şəxsiyyət və mədəniyyət müxtəlifliyini mühafizə etmək üçün bir şey etməsək, cəmiyyətin sahib olduğu müxtəlif mədəniyyətlərin yox olduğu bir nöqtəyə gələ bilərik.”
İranda plüralizm
Plüralizm prinsipinə də toxunan Etimadi İranın dünyəvi və demokratik bir ölkə halına gəlməsi lazım hesab edib və deyib: “Müxtəlif mədəniyyət, milliyyət, dil və məzhəblərdən meydana gələn İranda ayrı-seçkilik aradan qalxmalı və dəyişik bölgələrdə yerli idarəetmə sisteminə keçilməlidir. Bu, İranda İslami rəhbərliyin aradan qalxması və azad, demokratik bir cəmiyyətin ortaya çıxmasıyla mümkün olacaq."
Qaşqay türkləri hər dövrdə sərt təzyiqlərə məruz qalıb
İnsan hüquqlarıyla bağlı danışan Ruhullah Muradi isə çıxışında İrandakı Qaşqay türklərinin problemlərinə toxunub. İranın cənub və orta mövqelərində yaşayan Qaşqay türklərinin Pəhləvi xanədanlığı dövründə ən sərt təzyiqlər və şiddətlə qarşı-qarşıya qaldığını qeyd edən Muradi deyib: “İslam İnqilabından sonra sürgündə olan qasqay liderləri ölkəyə dönərək öz haqqlarını tələb etməyə başladı, ancaq yeni rəhbərlik uzun sürmədən gerçək üzünü göstərməyə başladı. Çünki İran İslam Respublikası rejimi də Pəhləvilərin davam etdirdiyi unitar siyasi gücü davam etdirirdi: Tehranda tutmağı hədəfləyən sistemi sürdürürdü.
Bunu da qeyd edim ki, Qaşqay türkləri başqa etnik qruplarla müqayisədə kiçik bir əyalətdə məckunlaşır. Heç zaman radio, televiziya və ya müstəqil mətbuat orqanına sahib olmamışlar.”
"İranın bölünməsinə maneə törətmək üçün iki yol var"
İranlı jurnalist-yazıçı Əhməd Rafet İranın etnik quruluşuna uyğun federasiya quruluşu tətbiq etmək yolundan danışaraq deyib: “Bu ən əhəmiyyətli uğur olar. İran bu problemləri dilə gətirməyə qorxmamalıdır. İnsanları tək dam altında zorla saxlamaq səhvdir. Ancaq qarşılıqlı anlayış yolu düzgündür… Əgər federalizm quruluşu problemin çözümüdürsə, İranın etnik quruluşuna uyğun olacaq federalizm şəklini təyin etmək lazımdır… Ölkənin bölünməsinə maneə törətmək üçün iki yol vardır. Birincisi, nəticə əldə edilə bilməyən üsyanları yatırmaq, digəri isə etnik qrupların tələblərini nəzərə almaq. Bu problemin həll üsulunu təyin etmək problemləri şəffaflıqla dilə gətirməkdən keçər."
Mənbə: Anadolu Agentliyi (AA)
Әlaqәli Xәbәrlәr
![“Türk Dünyası Ensiklopediyası” hazırlanıb](http://cdn.trt.net.tr/images/medium/rectangle/f980/1078/7b77/67879aab099a9.jpg?time=1737020918)
“Türk Dünyası Ensiklopediyası” hazırlanıb
“Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib.