Qədim yazı və qayaüstü rəsm mədəniyyətləri

Türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Qobustandan başlanır

617590
Qədim yazı və qayaüstü rəsm mədəniyyətləri

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurumdakı Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı keçirilib.

 Alyılmaz böyük axtarışları sayəsində türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə hazırladığı kitabda Qobustan qayaüstü yazıları ilə bağlı geniş məlumat verir. O, “Ömür kitabım” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Azərbaycandan - Qobustandan başlanır. Alim “Qobustan” adının yaranması və mənası barədə dəyərli tədqiqatlar aparıb.

AZƏRTAC


Etiketlәr: #Qobustan

Әlaqәli Xәbәrlәr