Türkiyə Azərbaycanla kommunikasiya sahəsində strateji əməkdaşlığa maraqlıdır

Türkiyədə İKT sahəsində fəaliyyət göstərən 12 şirkətin nümayəndələrindən ibarət heyət Bakıya gələcək.

617066
Türkiyə  Azərbaycanla kommunikasiya sahəsində strateji əməkdaşlığa maraqlıdır

Türkiyənin biznes sektorunun nümayəndələri Bakıya səfər edəcəklər.

Səfər çərçivəsində Azərbaycanın İKT sektoruna investisiya məsələləri müzakirə olunacaq.

Bu barədə Türkiyənin Elektron Məhsul və Xidmət İxracatçıları Assosiasiyasının  idarə heyətinin üzvü Səlahəddin Esim məlumat verdi.

Esimin sözlərinə görə, dekabrın 1-2-i baş tutacaq səfər zamanı Türkiyə və Azərbaycan postneft müddətində kommunikasiya sahəsində strateji əməkdaşlığın yaradılması məsələsini müzakirə edəcək.

Səfər zamanı Türkiyə nümayəndə heyətinin tərkbinə İKT sahəsində fəaliyyət göstərən 12 şirkətin nümayəndəsi daxil olacaq.



Әlaqәli Xәbәrlәr