“Sizə şad xəbər vermək istəyirəm”, E.Mirabdullayev

“Şəxsən məni telekanal-telekanal gəzən eyni üzlü qonaqlar cana gətirib. Sanki yaşayırlar bu kanalların içində. Adlarını çəkməyi belə lazım bilmirəm. Mənasız izahlar, səfeh-səfeh fikirlər, cəfəng sözlər, yersiz hərəkətlər insanı boğaza yığır."

612794
“Sizə şad xəbər vermək istəyirəm”, E.Mirabdullayev

  Bunu sizin yazdığınız münasibətlərdən də anlamaq çətin deyil ki, çox yorucu "müxtəliflik" dir. Əl-qərəz.

  Sizə şad xəbər vermək istəyirəm. Yeni layihəyə start veririk. "100" adlanır. Çoxseriyalı sənədli filmlər silsiləsində Azərbaycanın 21-ci əsrdə yaşayan görkəmli oğul və qızlarından 100-ünün həyat və fəaliyyətinə işıq tutacağıq. Hər bir sahə - istər elm, siyasət, mədəniyyət, biznes, idman, iqtisadiyyat, kosmos, kompüter texnologiyası, istərsə də sadəcə gözəllik dünyası ilə bağlı olsun, fərq etməz. Vacib olan budur: həmin şəxsiyyətin cəmiyyətdəki rolu, tanınması və nailiyyətlərinin vəhdətini göstərmək. Layihənin rəhbəri və müəllifi isə mənəm - bəndəniz Emin.

  “Əla” deyəcək çoxunuz. “Çox sevindik, Allah xeyir versin” deyənlər də olacaq yəqin. Amma mən bu sözləri ona görə yazmıram ki, sadəcə xeyir-duanızı alım. Bağışlayın, əzizlərim, kənardan, uzaqdan olmaz, yaxın gəlin, mən bu layihədə sizi müəllif kimi də görmək istəyirəm. İşdi-şayət müəllif olmağa tənbəllik etsəniz, o zaman sənədli filmlər silsiləsində görmək istədiyiniz Azərbaycan şəxsiyyətlərini bizə söyləyin. Mütləq deyil ki, yüz nəfəri sadalayasınız, hər biriniz beş, on, on beş adam desəniz belə, kifayətdir. Sizin tövsiyələri eşitmək və müvafiq nəticələr çıxarmaq mənə xoşdur. Layihə ilk qədəmləri atmağa başladığı üçün hələ ki, tövsiyyədə gecikmiş sayılmırsınız”.  

  Bu sözləri Azərbaycanda film, televizya və teatrsayağı məşhur kliplər rejissoru Emin Mirabdullayev deyir. Bununla rejissor televiziya məkanında yeknəsəkliyi aradan qaldırmaq, daha çox maarifləndirici missiya həyata keçirmək və bunu gənc nəsillərə də ötürmək üçün irəli sürdüyü “100” layihəsini təkbaşına deyil, müxtəlif zövqlərə xitab edəcək şəkildə hazırlamaq istədiyini bildirir.   



Әlaqәli Xәbәrlәr