Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda keçirilir

Konqresdə sədrlik AZƏRAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

612347
Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda keçirilir

Azərbaycanın paytaxtı Bakida Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi noyabrın 17-də Heydər Əliyev Mərkəzində işini sessiyalarla davam etdirir.

Sessiyalarda “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konqres çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq.

Dünya Xəbər Agentlikləri Konqresinin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Konqresdə sədrlik AZƏRAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Bu gün, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 40-cı iclası da keçiriləcək.



Әlaqәli Xәbәrlәr