Bu 25 ili 70 il gözlədik

Qardaş yenə qardaşlığını göstərdi: Azərbaycan müstəqilliyinin bərpasının 25 yaşını Türkiyənin 29 Oktyabr Cümhuriyyət Bayramının 93-cü yaş günündə birlikdə bir daha qeyd etdi.

599847
Bu 25 ili 70 il gözlədik

  Oktyabrın 29-da Türkiyənin paytaxtı Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunan mərasim keçirildi.

  Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TADF-in rəhbəri Bilal Dündar, Ankara Azərbaycan Evi Dərnəyinin sədri Erdoğan Çeçen, professor Aygün Attar, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumunun (YTB) sədri Kudret Bülbül, səfirliyin əməkdaşları, tanınmış elm və incəsənət adamları, diaspor, QHT və KİV nümayəndələri iştirak edirdi.

  Azərbaycan və Türkiyə dövlətlərinin qurulması və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi yad olunduqdan sonra hər iki ölkənin himnləri səsləndi, Azərbaycan haqqında sənədli film nümayiş olundu.

  Səfir Faiq Bağırov çıxışında 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın keçdiyi milli azadlıq yolunun tarixi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, son illər ölkədə aparılan islahatlar, daxili və xarici siyasət strategiyasının nəticələri barədə geniş məlumat verdi.

  Ankara Azərbaycan Evi Dərnəyinin sədri Erdoğan Çeçen Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını tarixi nemət kimi dəyərləndirdi və Atatürk dövründən bu yana Azərbaycan-Türkiyə əlaqələrindəki təmənnasız münasibətlərdən faktlarla danışdı.   

  TADF-in rəhbəri Bilal Dündar, professor Aygün Attar, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumunun (YTB) sədri Kudret Bülbül və millət vəkilləri də çıxış etdilər.

Kudret Bülbülün “Bu 25 ili biz 70 il gözlədik” sözləri hər kəsi ços təsrləndirdi.  

  Tədbirin sonunda bir daha Azərbaycanın müstəqilliyi yolunda şəhid gedən qəhrəmanlar, “Azərbaycanın sevinci bizim sevincimiz, kədər bizim kədərimizdir” deyən Qazi Mustafa Kamal Atatürk, müasir Azərbaycanın təməli olan Azərbaycan Xalq Cümhuriyyətnin qurucuları, “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən türklüyün milli qürur və şüuru Məmməd Əmin Rəsulzadə, “Mən Atatürkün əsgəriyəm” deyən Əbülfəz Elçibəy, respublikanın bərpa illərinin əsgəri Heydər Əliyev, Azərbaycanın adını qururla ucaldan İlham Əliyev və Azərbaycan-Türkiyə əlaqələrini daha səmimi və dərin dostlqulara daşıyan Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adı fəxrlə çəkildi, vurğulandı.



Әlaqәli Xәbәrlәr