Qırğızıstan-Türkiyə Manas Universiteti tədris ilini xüsusi mərasimlə açdı

Türk dünyasının qütb ulduzu və qızıl körpü olan Qırğızıstan-Türkiyə Manas Universitetinin Jurnalistika fakültəsi 2016-2017-ci tədris lli üçün açılış mərasimi təşkil etdi.

594558
Qırğızıstan-Türkiyə Manas Universiteti tədris ilini xüsusi mərasimlə açdı

  Qırğızıstan-Türkiyə Manas Universitetinin Jurnalistika fakültəsində 19 oktyabr 2016-cı ildə keçirilən açılış mərasimində əvvəlcə tələbələr hazırladıqları, gəliri Bişkek Uşaq Onkologiya Xəstəxanasına köçürüləcək xeyriyyə sərgisi təşkil etdilər. Açılış Jurnalistika fakültəsinin dekanı Həmzə Çakır və rektor Sebahattin Balcının açılış nitqləriylə başladı. Sonra fakültənin tələbələri qonaqlara qısa bir konsert proqramı təqdim etdilər. Daha sonra iştirakçılar Jurnalistika fakültəsinin tələbəsi Arstanbek Dukuyevin rəsmlərindən ibarət sərgi ilə tanış oldular.  

  Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Sebahattin Balcı TRT Avaza verdiyi müsahibədə davamlı dəstək və iş birliyi içində çalışdıqları üçün TRT-yə xüsusi təşəkkürünü bildirdi.



Әlaqәli Xәbәrlәr