Özbəkistanda Qırğızıstanın Milli Müstəqillik Günü

Qırğızıstanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Özbəkistanın Baş nazir müavini Adham İkromov, dövlət rəsmiləri, səfirlər və qonaqlar iştirak etdi.

594571
Özbəkistanda Qırğızıstanın Milli Müstəqillik Günü

  Qırğızıstanın Özbəkistan üzrə səfiri Daniyar Sıdıkov müstəqillikdən sonra Qırğızıstanın sayılan-seçilən dünya dövlətləri sırasına girdiyindən fəxrlə danışdı. Mərhum Özbəkistan prezidenti İslam Kərimovu da yad edərək bu işdə qardaş ölkənin də dəstəklərini xatırlatdı, minnətdarlıq bildirdi.

  Qırğızıstanın milli yeməklərinin də təqdim olunduğu müstəqilik günündə qırğız milli musiqiləri də səsləndi, gələnlərə unudulmaz bir gecə yaşatdı.



Әlaqәli Xәbәrlәr