Mövlud Çavuşoğlu Qazaxıstanda səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Erlan İdrisov ilə əvvəlcə təkbətək, sonra da heyətlərarası görüşlər keçirdi.

593360
Mövlud Çavuşoğlu Qazaxıstanda səfərdədir

Qazaxıstanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkəyə Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür etdi.
 
 Xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Erlan İdrisov ilə əvvəlcə təkbətək, sonra da heyətlərarası görüşlər keçirdi.
 
 Görüşlərdə 2017-ci ildə prezidentlər səviyyəsində Türkiyədə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü toplantısının ön hazırlıqları gözdən keçirildi.
 
 Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında Qazaxıstanın Türkiyədəki çevriliş cəhdindən sonra hökumətə və Türk xalqına dəstək verdiyini bir daha vurğuladı.
 
 Çevriliş cəhdini bir daha qınayan Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov isə FETÖ ilə mübarizə ilə bağlı iki ölkə arasında işçi qrupun yaradıldığını açıqladı.
 
 İşçi qrupunda FETÖ ilə mübarizədə xüsusilə, təhsil sahəsində atılacaq addımlar müzakirə olundu.



Әlaqәli Xәbәrlәr